Oğlu bu terrorçulara qurban getdi

Nasional Sosialist Yeraltı adlı terror təşkilatı NSU tərəfindən öldürülən Halit Yozgatın ölümünün 11-ci ildönümü Almaniyanın Kassel şəhərində yada salınıb.

707528
Oğlu bu terrorçulara qurban getdi

  Xatirə mərasimində danışan ata İsmayıl Yozgat oğlunun öldürülməsiylə bağlı həqiqətlərin hələ ortaya çıxmadığından təəssüf hissi keçirdiyini bildirib. Ata səlahiyyətlilərdən NSU gerçəyinin və oğlunun bu terror təşkilatına qurban getdiyinin unudulmaması üçün oğlu Halitin doğulduğu və öldürüldüyü küçəyə adının verilməsini istəyib.

  Türkiyənin Almaniyanın Frankfurt şəhərindəki Baş konsulu Burak Karartı da NSU cinayətlərilə bağlı həqiqətlərin işıqlandırılması lazım olduğuna toxunub.

  Qeyd edək ki, Nasional Sosialist Yeraltı terror təşkilatı üzvləri 2000-2007 illər arasında 8-i türk olmaqla 10 adamı öldürmək, bombalı hücumlar təşkil etmək və bank soyğunları törətməkdə təqsirli bilinir.



Әlaqәli Xәbәrlәr