İsveçdə hicablı qadın dini diskriminasiyaya məruz qaldı

İsveçdə Diskriminasiya məsələləri üzrə Ombudsman hicab taxdığı üçün iş görüşməsi yarıda kəsilən qadının diskriminasiyaya məruz qaldığını bildirərək, qadının müraciət etdiyi şirkətə 8 min avroluq təzminat iddiası qaldırdı.

705074
İsveçdə hicablı qadın dini diskriminasiyaya məruz qaldı

İsveçdə Diskriminasiya məsələləri üzrə Ombudsmanının rəsmi veb saytından verilən məlumatda Uppsala şəhərində tərcüməçilik şirkətinə işə girmək üçün müraciət edən müsəlman qadının hicablı olduğuna görə iş görüşməsi yarıda kəsildiyi bildirilir.
 
Məlumatda:" Sözügedən şirkət daxili qaydalara görə hər hansı bir siyasi və dini simvoldan istifadənin qadağan olduğunu bildirərək, Avropa İttifaqı Ədalət Məhkəməsinin hicab haqqında verdiyi qərara istinad etdi. Amma iş üçün müraciət  edən müsəlman qadın telefon və video görüntüləri ilə  tərcüməçilik edəcəyindən hicabının problem təşkil edəcəyini düşünmürük. Bu səbəbdən iş görüşməsi yarıda kəsilən müsəlman qadın dini səbəblərə görə diskriminasiyaya məruz qalıb.Şirkətin həmin qadına 80 min kron (təxminən 8 min avro) təzminat ödəməsi üçün İş Məhkəməsinə müraciət edilmişdir" ifadələrinə yer verilir.



Әlaqәli Xәbәrlәr