Putin: “ABŞ-dakı seçki nəticələrinə müdaxilə etmədik”

Rusiya prezidenti Vladimir Putin, ölkəsinin, 8 Noyabrda ABŞ-da prezidentliyə keçirilən seçkilərin nəticələrinə müdaxilə etmədiyini bildirib.

703279
Putin: “ABŞ-dakı seçki nəticələrinə müdaxilə etmədik”

Vladimir Putin, Arktika Forumunda etdiyi çıxışında, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxilə etdiyi yönündə ittihamları qətiyyətlə rədd edib. O, ABŞ-dakı antirusiya əhval-ruhiyyəsini bəzi siyasi qüvvələrin öz mövqelərini möhkəmləndirmək cəhdi kimi qiymətləndirib.

Rusiya, ABŞ-ın böyük güc olduğu nəzərindən müdafiə edir deyən Vladimir Putin, iki ölkə arasında ortaqlıq əlaqələri yaradmaq istədiklərini başqa söz-söhbətlərin isə Rusiya ilə ABŞ arasındakı diplomatik münasibətləri pozmaq cəhdləri və məsuliyyətsizlik olduğunu vurğulayıb.

Edilən xalq sorğularına görə ABŞ-da çox sayda Rusiya dostunun olduğunu ifadə edən Putin, Rusiya və ABŞ-ın diplomatik əlaqələrinin pozulmasına istiqamətli səylərin, Amerikan xalqının mənfəətinə olmadığını, iki ölkə arasındakı əlaqələrin qıssa müddətdə normalaşacağına inandığını bildirib.



Әlaqәli Xәbәrlәr