Li Şayonun qətlə yetirilməsindən sonra Parisdə başlayan iğtişaşlar davam edir

Fransanın paytaxtı Parisdə 56 yaşındakı çinli mühacir Li Şayonun polis tərəfindən qətlə yetirilməsindən sonra Parisdə başlayan iğtişaşlar üçüncü günündə də davam edib.

702075

Ümumilikdə çinli Asiya mənşəli yüzlərlə mühacir polisə etirazını bildirmək məqsədilə şəhər mərkəzindəki bələdiyyə binasının qarşısına toplaşıblar.

Nümayişçilər “qatil polis” şüarı səsləndirərək təhlükəsizlik qüvvələrinə etirazlarını dilə gətiriblər.

Polis daş və dəyənəklərlə hücum edən nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib.

Li Şayonun ailəsi ötən gün nahar radələrində mətbuata açıqlama verərək, nümayişçilərə etirazların yatızdırılması üçün çağırış edib.  

Xatırladaq ki, Parisdə üç gün əvvəl xəbərdarlıq nəticəsində 19-cu dairədəki ünvana gedən üç polisə Linun qayçı ilə hücum etdiyi irəli sürülüb. Polis əməkdaşlarından birinin “özünümüdafiə” üçün madaxilə edərək Şayonu vurduğu bildirilib.  Şayonun hadisə mahalına  cəlb edilən səhiyyə xidməti gözlənərkən həyatını itirdiyi bəyan edilib.

Ailəsi isə Şayonun polisə hər hansı müdaxiləsinin olmadığını, hadisə zamanı mətbəxdə balıq təmizlədiyini və zəng çaldığı zaman qapıya əlində qayçı ilə çıxdığını iddia etmişdir.

Әlaqәli Xәbәrlәr