Həsən Ruhaninin Rusiyaya iki günlük səfəri başa çatdı

Iran prezidenti Həsən Ruhani Rusiyaya iki günlük səfərindən sonra bu səhər ölkəsinə döndü.

701602
Həsən Ruhaninin Rusiyaya iki günlük səfəri başa çatdı

Iran prezidenti Həsən Ruhani Rusiyaya iki günlük səfərindən sonra bu səhər ölkəsinə döndü.

Prezident Aparatı İnformasiya Mərkəzinin məlumatına görə, Həsən Ruhani Moskvada səfər proqramı çərçivəsində Rusiya prrezidenti Vladimir Putin, baş nazir Dmitriy Medvedev ilə dövlətlərarası münasibətlər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Ruhani Tehranda verdiyi açıqlamada iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün potensial imkanların mövcudluğundan danışaraq, hər iki ölkə rəhbərliyinin bi potensialdan istifadə etmək əzmində olduğunu qeyd etdi.

Rusiya ilə əlaqələrin həm dövlətlərarası, həm də regional təhlükəsizlik baxımından İran üçün çox əhəmiyyətli olduğunu bildirən Ruhani terrorizmin bölgə üçün çox ciddi bir təhlükə olduğunu vurğuladı.

Ruhani görüşlərdən sonra qəbul edilən ortaq bəyanatda Rusiya-İran əlaqələrinin 2016-2020-ci illər üçün yol xəritəsinin müəyyən olunduğunu qeyd etdi.

Rusiya da İranı müttəfiq ölkə adlandırdı.

Rusiya prezidentinin sözçüsü Dmitriy Peskov Həsən Ruhaninin Kreml görüşləri ilə bağlı verdiyi açıqlamada:" İran-Rusiya əlaqələrinin 500 illik tarixi vardır. İran Rusiyanın müttəfiqidir. İran ilə iqtisadi, ticari, siyasi və təhlükəsizlik sahəsindəki əlaqələrimiz inkişaf edir. İki ölkə regional və dövlətlərarası məsələlərdə əməkdaşlıq edir" dedi.

 



Әlaqәli Xәbәrlәr