Liviya sahillərində faciə

Aralıq dənizinin Liviya sahillərində yeni bir faciə yaşanıb və 250 immiqrant həyatını itirib.

698084
Liviya sahillərində faciə

  İtaliya mətbuatına əks olunan xəbərlərdə görə, Liviyanın 15 dəniz mili aralığında meydana gələn faciədə iki ayrı-ayrı immiqrant qayığı çevrilib.

  Bölgədə axtarış-xilasetmə işlərində yardım edən İspaniya qeyri-hökumət təşkilatına aid qayıq 5 immiqrantın cəsədini dənizdən çıxarıb və insan dolu iki qayığın batdığına dair həyəcan siqnalı verib. Köməyə çox sayda gəmi gəlsə də, dəniz və hava şəraiti işləri çətinləşdirir.

  Faciədə 250 immiqrantın həyatını itirdiyi bildirilir.

  İtaliyanın paytaxtı Romanın Sahil Təhlükəsizlik Qüvvələri bu xəbəri təsdiqləyib.

  Qeyd edək ki, Aralıq dənizində nizamsız köçün ən çox yaşandığı yer Liviya və İtaliya arasındakı yoldur ki, keçən il bu sularda 5 mindən çox köçkün həyatını itirib.



Әlaqәli Xәbәrlәr