Vaşinqtonda DEAŞ-a qarşı beynəlxalq koalisiyasının toplantısı başlayıb

ABŞ-ın paytaxtı Vaşinqtonda  DEAŞ-a  qarşı beynəlxalq koalisiyasının XİN rəhbərləri səviyyəsində toplantısı öz işinә başlayıb.

697195
Vaşinqtonda DEAŞ-a  qarşı beynəlxalq koalisiyasının toplantısı başlayıb

ABŞ-ın paytaxtı Vaşinqtonda  DEAŞ-a  qarşı beynəlxalq koalisiyasının XİN rəhbərləri səviyyəsində toplantısı öz işinә başlayıb.

Görüşdə DEAŞ qruplaşması ilə mübarizə aparan 68 dövlətin təmsilçisi iştirak edib.  Toplantıda Türkiyәni Mövlud Çavuşoğlu tәmsil edib.

Toplantıda açılış nitqi ilә çıxış edәn ABŞ-ın dövlәt katibi Reks Tillerson Türkiyәnin liderliyilә başlanılan  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatına toxunub.

Reks Tillerson: ‘‘Türkiyә ‘‘Fәrat Qalxanı’’ әmәliyyatı ilә Suriya sәrhәddindәki  DEAŞ tәhdidini uzaqlaşdırdı. Ümide dirik ki, bu hәmişә bela qalacaq’’ deyib.

Toplantı çәrçivәsindә  ikitərəfli görüşlər keçirən Türkiyәnin  Xarici İşlər naziri Mövlud Çavuşoğlu da çox sayda ölkə təmsilçisi ilə bir araya gəlib vә Türkiyənin terror tәşkilatı  DEAŞ-a qarşı apardığı  mübarizә ilә bağlı mәlumat verib.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu toplantıdan sonra Türkiyә  vətəndaşları ilә  görüşmək və müxtəlif görüşlər keçirmək üçün Nyu-York və Nyu-Cersiyә sәfәr edib.



Әlaqәli Xәbәrlәr