“Şimali Koreya ABŞ-la oyun oynayır”, D.Tramp

Amerika Birləşmiş Ştatları dövlət katibi Reks Tillersonun “Şimali Koreyaya qarşı hərbi hərəkat da daxil hər variant müstəvidədir” sözlərindən sonra bir şərh də ABŞ prezidenti Donald Trampdan gəlib.

694035
“Şimali Koreya ABŞ-la oyun oynayır”, D.Tramp

  O deyib: "Şimali Koreya çox pis davranır. Onlar illərdir ABŞ-la oynayır. Çin də çox az yardım edir.” Bu sözləri Tramp “Twitter” hesabından paylaşıb.

  Cənubi Koreya səfəri ABŞ dövlət katibi Tillerson dünən (17.03.2017) ölkənin Xarici İşlər naziri Yun Byung Se ilə ortaq mətbuat konfransında çıxış edib və deyib: “ABŞ-ın Şimali Koreyanın nüvə fəaliyyətinə qarşı “strateji səbr siyasəti” sona çatdı. Yeni diplomatik, iqtisadi və təhlükəsizlik tədbirləri araşdırırıq. Hərbi hərəkat da daxil bütün variantlar müstəvidədir.”

  Qeyd edək ki, Tillerson Cənubi Koreyadan sonra (18.03.2017) Çində dövlət başçısı Şi Cinpinqlə görüşəcək.

  Bunu da bildirək ki, ABŞ, Yaponiya və Cənubi Koreya bu günlər Koreya yarımadasında ortaq donanma təliməri keçir. Bölgədəki problemlərin diplomatiya ilə həll edilməsi fikrini müdafiə edən Çin isə ABŞ-ın bölgədə hərbi manevrinə qarşı çıxır və bunun regional strateji tarazlığı pozacağını bildirir.



Әlaqәli Xәbәrlәr