Hollandiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Hollandiyada  martın 15-də  keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

692363
Hollandiyada  parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Hollandiyada  martın 15-də  keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.

Ekzit-polların nəticələrinə əsasən, seçkilərdə baş nazir Mark Rüttenin rəhbərlik etdiyi "Azadlıq və Demokratiya Uğrunda Liberal Xalq" partiyası qalib gəlir. Partiya 150 yerlik parlamentdə 33 mandat qazanıb.

Gert Vildersin rəhbərlik etdiyi "Azadlıq" partiyası isə  18 mandat qazana bilib.

Qeyd edək ki, Hollandiya  parlamentinin aşağı palatası 150 deputatdan ibarətdir. Ölkədə hökumət parlament çoxluğu tərəfindən formalaşdırılır. 



Әlaqәli Xәbәrlәr