Efiopiyada uçan zibilin altında qalanlar

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə nəhəng zibil yığınının uçması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

689883
Efiopiyada uçan zibilin altında qalanlar

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə nəhəng zibil yığınının uçması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Torpaq və zibil yığınının  altında 15 evin də qaldığı bildirilir. 

Əddis-Əbəbə şəhəri Telekommunikasiya bürosunun sədri Dagmawit Moges həyatını itirənlərədən 32-nin qadın olduğunu bildirib.

Hadisə baş verən zaman ərazidə 150-yə yaxın insan olub. Xilasedicilər 37 nəfərin həyatını xilas edib.

Ərazidə xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, şəhərdə yaşayan 4 milyona yaxın insanın zibili 50 ildir bu bölgədə yığılır. 



Әlaqәli Xәbәrlәr