Bu dövlətlər aclıq böhranının eşiyindədir

Aclıq böyük bir fəlakətə yol açacaq.

684964
Bu dövlətlər aclıq böhranının eşiyindədir

  Vətəndaş müharibəsi və qarşıdurmaların hökm sürdüyü Cənubi Sudan, Somali, Nigeriya və Yəmən aclıq böhranının pəncəsindədir.

  Cənubi Sudanda vətəndaş müharibəsi və aclıqdan qaçanların sayı günbəgün artır. Bunların 90 faizini qadın və uşaqlar təşkil edir.

  Ölüm təhlükəsi ilə qarşı-qarşıya olan insanların sayı 5 milyon yarıma yaxındır.

  Somalidə də həyəcan siqnalı çalınır. Quraqlıq üzündən heyvanlar tələf olduğu üçün somalililər yeni bir aclıq böhranının eşiyindədir. Əhalinin yarısını təşkil 6 milyon 200 min adamın təcili yardıma ehtiyacı var.

  Qeyd edək ki, ölkədə 2011-ci ildə yaşanan aclıq böhranı zamanı 250 mindən çox adam həyatını itirmişdi.

  Nigeriyada da qeyri-kafi qidalanma üzündən hər gün 2300 uşaq dünyadan köçür. Digər tərəfdən ölkənin şimalında terror təşkilatı Boko Haramın hücumları milyonlarla adamı yerindən-yurdundan edib, 5 milyon adam qidaya möhtac vəziyyətdədir.

  İki ildir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə isə 7 milyon insan acdır. Bunların bir milyon yarımı uşaqdır, 370 mininin vəziyyəti isə çox pisdir.

  Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu UNICEF Nigeriya, Somali, Cənubi Sudan və Yəməndə təxminən 1 milyon 400 min uşağın qeyri-kafi bəslənmə üzündən ölümlə qarşı-qarşıya qaldığı xəbərdarlığını yayıb.

  BMT-nin Baş katibi Antonio Quterres bu ölkələrdə aclıq təhdidi altında 20 milyon adam üçün hərəkətə keçilməsini istəyib. Bu ölkələrə dəstək üçün 5 milyard 600 milyon dollardan artıq pula ehtiyac olduğu, ancaq bunun sadəcə 90 milyon dolarının, yəni cəmi 6 faizinin toplandığı bildirilib.

  Qıtlıq və quraqlıqla qarşı-qarşıya olan ölkələrə təcili kömək edilməzsə, aclıq böyük bir fəlakətə yol açacaq. Bu işdə bütün beynəlxalq cəmiyyətlər  məsuliyyət daşıyır.



Әlaqәli Xәbәrlәr