Rusiyaya məxsus qırıcı təyyarələr NATO təyyarələrini dörd dəfə narahat edib

Rusiyaya məxsus qırıcı təyyarələr NATO təyyarələrini Qara dəniz hava məkanında dörd dəfə narahat edib

683635
Rusiyaya məxsus qırıcı təyyarələr NATO təyyarələrini dörd dəfə narahat edib

Rusiyaya məxsus qırıcı təyyarələr NATO təyyarələrini Qara dəniz hava məkanında dörd dəfə narahat edib.

ABŞ-ın Hava Qüvvələri komandiri ordu generalı Tod Wolters Floridanın Orlando şəhərində keçirilən Hava Qüvvələri Dərnəyi Hava Müharibələri simpoziumunda etdiyi çıxışda bəhs mövzusu narahatlığın fevralın 10-da qeydə alındığını bildirib.

Wolters bunun üçünün Su-24 növ qırıcı təyyarələr ilə dördüncüsünün isə İlyushin II-38 tipli dəniz keşik təyyərəsi ilə həyata keçirildiyini söyləyib.

Ordu generalı Wolters Rusiyaya məxsus təyyarələrin ABŞ və müttəfiq ünsürlərinə bu səviyyədə təhlükəli yaxınlaşmasının möhtəməl bir qəza yaxud bölgədə gərginliyin yaranmasına səbəb olacağından narahatlıq duyulduğunu dilə gətirib. O, son altı ayda bu cür hadisələrin qeydə alınmadığını vurğulayaraq deyib ki,  Hava Qüvvələri belə yanaşmaları diqqətlə izləyir. Yüksək səviyyəli məsullar da ruslardan bəzən nəticəsiz qalsa da, bu cür hadisələr barədə məlumat əldə etməyə çalışır.

Rusiyaya məxsus qırıcı təyyarələrin dörd dəfə fərqli şəkillərdə NATO təyyarələrini narahat etdiyini bildirən general Alyansın  yaxınlaşma dərəcələri və məsafələr barədə narahat olduğunu dilə gətirib.



Әlaqәli Xәbәrlәr