Fransa prezidentinin Fələstini rəsmiyyətdə tanımaq vaxtıdır

Senator və millət vəkillərinin imzaladığı Ollanda açıq çağırış mətni həftəlik “Le Journal du Dimanche” qəzetində dərc olunub.

680665
Fransa prezidentinin Fələstini rəsmiyyətdə tanımaq vaxtıdır

Fransada 153 senator və millət vəkili prezident Fransua Ollanda xitabən bəyanat yayımlayaraq, Fələstin dövlətini rəsmiyyətdə tanımasının vaxtının gəlib çatdığı və vəzifə müddəti bitməmiş bunu yerinə yetirməsi üçün çağırış edib. 

Senator və millət vəkillərinin imzaladığı Ollanda açıq çağırış mətni həftəlik “Le Journal du Dimanche” qəzetində dərc olunub.

Sosialist senator Gilbert Rogerin yazdığı çağırışda Fransa hökuməti və prezident Ollandın Orta Şərq sülhü üçün təşəbbüs qaldırdıqları bildirilərək, bu təşəbbüsün və verilən vədlərin həyata keçirilməsinin vacibliyi dilə gətirilib.

Ollandın bir neçə dəfə müzakirələrin qarşılıqlı və bərabər şərtlərdə keçirilməsi şərti ilə nəticə əldə ediləcəyini vurğuladığı ifadə edilən mətndə bildirilib ki, müzakirələrin bərabər şərtlərdə, iki dövlət arasında keçirilməsinin vaxtı gəlib. Fransanın tarixi məsuliyyətləri var. Olland Fələstin dövlətini rəsmiyyətdə tanıyaraq bu tarixi fürsəti bada verməməlidir. Vəzifə müddəti  bitmədən Olland bu addımı atmalıdır.

Xatırladaq ki, Fransa hökumətinə Fələstin dövlətini rəsmi olaraq tanımağı tövsiyə edən layihə 2014-cü ilin axırında Fransa Məclisi və Senatında səsə qoyularaq qəbul edilmişdi.



Әlaqәli Xәbәrlәr