ABŞ nüvə arsenalını genişlətməyi planlaşdırır

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Trump, ölkəsinin nüvə arsenalını genişlətməyi planlaşdırır.

679141
ABŞ nüvə arsenalını genişlətməyi planlaşdırır

Prezident Trump Reuters agentliyinə verdiyi açıqlamada ölkəsinin nüvə silah tutumunda geridə qaldığını ifadə edərək, bunun genişləndirməsinin zərurət  olduğunu vurğulayıb.

Rusiya ilə ABŞ arasındakı əlaqələrə də münasibət bildirən Trump, Rusiyanın nüvə silahlarının ixtisarı razılaşmalarına zidd olaraq yeni kruz raketlər əldə etdiyini, Dövlət Başçısı Vladimir Putin ilə bir araya gəlməsi halında bu mövzunu gündəmə salacağını bildirib. Silahların ixtisarı mövzusunda Rusiya ilə tək tərəfli razılaşma istəmədiklərini vurğulayıb.

Şimali Koreyanın ballistik raket sınaqlarından narahat olduğunu da ifadə edən Trump, Yaponiya və Cənubi Koreyada raketdən müdafiə sistemlər yerləşdirə biləcəklərini, ancaq əvvəlcə məsələnin müzakirə edilməsinin lazım gəldiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr