Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir

Ağ Evin sözçüsü Sean Spicer  dünən keçirdiyi mətbuat konfransında: "Prezident Trump Rusiya hökumətinin Ukraynada gərginliyi azaltmasını və Krımı geri verməsini gözlədiyini dəqiq bir şəkildə ifadə etdi " dedi.

672707
Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Rusiyanın Krımı Ukraynaya qaytarmasını gözləyir.
 
 Ağ Evin sözçüsü Sean Spicer  dünən keçirdiyi mətbuat konfransında: "Prezident Trump Rusiya hökumətinin Ukraynada gərginliyi azaltmasını və Krımı geri verməsini gözlədiyini dəqiq bir şəkildə ifadə etdi " dedi.
 
 Daha əvvəl də Ağ Ev Trump rəhbərliyinin Ukraynaya aid olan Krım yarımadasını ilhaq etməsi ilə bağlı Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyaların davam etdiriləcəyi ilə bağlı mövqeyini bildirmişdi.
 
Sean Spicer fevralın 3-də təşkil olunan mətbuat konfransında ABŞ-ın BMT nümayəndəsi Nikki Haleyin ABŞ-ın Krımın Rusiya tərəfindən ilhaq edilməsinə dair narahatlıqlarını açıq şəkildə bildirdiyini qeyd etdi.
 
 Qeyd edək ki, Nikki Haley fevralın 2-də ilk dəfə iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın yeni rəhbərliyinin Rusiyanın təcavüzü ilə bağlı mövqeyini təsdiq edib.
 
 Nikki Haley:"ABŞ Krımın Rusiya tərəfindən ilhaqını qınamağa davam edir və ilhaqın dərhal dayandırılmaslna çağırır. Krım Ukraynanın bir hissəsidir. Krım ilə bağlı sanksiyalarımız Rusiyanın yarımada üzərindəki nəzarəti Ukraynaya geri verənədək davam edəcək" şəklində danışıb.



Әlaqәli Xәbәrlәr