Kaliforniyada su bəndinin çökmə təhlükəsi ilə əlaqədar əhali təxliyyə edilir

ABŞ-ın Kaliforniya ştatında su bəndinin çökmə təhlükəsi ilə əlaqədar əhalinin təcili təxliyyəsi elan olunub.

670961
Kaliforniyada su bəndinin çökmə təhlükəsi ilə əlaqədar əhali təxliyyə edilir

ABŞ-ın Kaliforniya ştatında su bəndinin çökmə təhlükəsi ilə əlaqədar əhalinin təcili təxliyyəsi elan olunub.

Yerli hakimiyyət orqanları 16  min əhalisi olan Orovil qəsəbəsi və ətrafındakı yaşayış məntəqələrində yaşayanları bölgəni tərk etməyə çağırıb. 

Rəsmilər problemin aradan qaldırılması üçün işlərin davam etdiyini  bildiriblər.  

Qeyd edək ki, Orovil su bəndi 1968-ci ildə tikilib.  Orovil su bəndi   ABŞ-da ən böyük hesab edilir.  



Әlaqәli Xәbәrlәr