Avropanın qanayan yarası qaçqın böhranına həll yolu tapılmır

İmmiqrantlar ümidə səfərləri əsnasında ölümlə qarşılaşırlar.

667200
Avropanın qanayan yarası qaçqın böhranına həll yolu tapılmır

Siciliya sahillərində gəmiləri batmaq üzrə olan 900 qaçqın İspaniya donanmasına məxsus bir gəmi tərəfindən xilas edilib.

Avropa İttifaqının (Aİ), Aralıq dənizində insan qaçaqçılığına qarşı mübarizə məqsədiylə yaratdığı Dəniz Mühafizə Qüvvəsi, beş rezin bot və bir gəmi ilə Aralıq dənizində üzən immiqrantları xilas edib  və  bir   hissəsini Augusta limanına aparıb.

Qeyd edək ki, Liviyadan dənizə açılan immiqrantlar Siciliya Kanalını Avropaya giriş qapısı kimi istifadə edirlər.

Ötən həftə Maltada baş tutan Avropa İttifaqı liderlər zirvəsində Aralıq dənizidəki nizamsız köçün qarşısını almaq üçün Liviya və qonşusu olan ölkələrdə lazımlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan deklarasiya qəbul edilmişdi.

2016-ci ildə 181 mindən çox immiqrant, Livandan yola düşərək Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla İtaliyaya çatıb.



Әlaqәli Xәbәrlәr