İsrail ilə ABŞ arasında gizli görüş olub

İsrail Kəşfiyyat  təşkilatı MOSSAD-ın rəhbəri Yossi Kohen ilə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpun məsləhətçiləri arasında görüş olub.

665968
İsrail ilə ABŞ arasında gizli görüş olub

İsrailin Haaretz qəzetinin xəbərinə görə, 2 həftə əvvəl ABŞ-ın paytaxtı Vaşinqtonda reallaşan gizli görüşdə, İsrail Milli Təhlükəsizlik müşaviri Yaakov Negel də iştirak edib.

Məlumata görə görüş zamanı Tel Aviv ilə ABŞ-ın yeni rəhbərliyi arasında daimi siyasi koordinasiya mövzusu müzakirə edilib.

Görüşün, prezident Trumpın, vəzifəyə başladıqdan iki gün sonra reallaşdığına diqqət çəkilən xəbərdə, İsrail-Fələstin problemi başda olmaqla İran və Suriyadakı vəziyyətin də müzakirə edildiyi vurğulanıb.

İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən  verilən  açıqlamada iki ölkə arasında gizli danışıqların olduğu təsdiq edilərkən, məzmununa dair məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr