Hakimlər Trampın viza qadağası qərarına qarşı

Hakim C.Robart qərarın yazılı şəklini Ədliyyə Nazirliyinə göndərdikdən sonra nazirlik araşdırma apararaq son qərarı verəcək.

665194
Hakimlər Trampın viza qadağası qərarına qarşı

  Amerika Birləşmiş Ştatlarının Sitl (Seattle) şəhərinin federal hakimi prezident Donald Trampın əhalisinin əksəriyyəti müsəlman olan 7 ölkə vətəndaşlarına gətirdiyi viza qadağasını ölkə daxilində müvəqqəti olaraq dayandırma qərarı verdi.

  Federal hakim Ceyms Robart (James Robart) 27 yanvar cümə günü Trampın imzaladığı fərman çərçivəsində viza qadağasını dayandıran qərarı şifahi olaraq söyləyib.

  Əvvəlki ABŞ prezidenti Corc Buşun dövründə hakim təyin olunmuş Robart qərarın yazılı şəklini Ədliyyə Nazirliyinə göndərdikdən sonra nazirlik araşdırma apararaq son qərarı verəcək.

  Ağ Evin sözçüsü Şon Spayser isə yazılı şərh verərək federal hakim Ceyms Robartın qərarını tənqid edib və “Prezidentin fərmanı ölkəmizi qorumağı hədəfə alıb” deyib.

  Qeyd edək ki, bundan əvvəlki gün Vaşinqton Əyalətinin Baş prokuroru Bob Ferquson da Amerikanın CNN kanalına verdiyi müsahibədə "Lazım gələrsə, etirazımızla bağlı məsələni ABŞ Ali Məhkəməsinə qədər aparacağıq”, - deyib.



Әlaqәli Xәbәrlәr