‘‘Türkiyә әhәmiyyәtli qonşu vә tәrәfdaşdır’’

Bunu Almaniya hökumәtinin sözcüsü Stefan Sibert deyib.

663556
‘‘Türkiyә әhәmiyyәtli qonşu vә tәrәfdaşdır’’

Almaniya hökumәtinin sözcüsü Stefan Sibert Almaniya Kansleri   Angela Merkelin  sabah  Türkiyәyә edәcәyi sәfәri çәrçivәsindә Türkiyәnin dövlәt başçısı Rәcәb Tayyib Әrdoğan  vә baş nazir Binәli Yıldırımla görüş keçirәcәyini  vә Fәtullahçı Terror Tәşkilatı Paralel Dövlәt İdarәçiliyinin  ( FETÖ/PDY) iyulun 15-dә hәyata keçirdiyi dövlәt çevrilişi cәhdi  zamanı  bombalanan  parlament binasına baxış keçirәcәyini  bildirib.

Stefan Sibert Berlindәki Federal Mәtbuat Mәrkәzindә  keçirilәn brifinqdә bildirib ki: ‘‘Almanlar vә Avropalılar üçün Türkiyә çox әhәmiyyәtli qonşu vә tәrәfdaşdır. Türkiyә ilә xüsusi münasibәtlәrә dә amlikik. Almaniya Kansleri Türkiyәyә sәfәr edirsә hәr iki ölkәni maraqlandıran әhәmiyyәtli mәsәlәlәri  müzakirә etmәk üçündür’’ deyә bildirib.



Әlaqәli Xәbәrlәr