Pentaqon YPG-nın rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə  zirehli maşın verdi

Pentaqon sözçüsü mayor Adrian Rankine Galloway:"Suriya Ərəb Koalisiyasına mövcud səlahiyyətlər çərçivəsində üstü zirehli maşınlar verdik" dedi

662788
Pentaqon YPG-nın rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə  zirehli maşın verdi

Pentaqonun terror təşkilatı PKK-nın Suriya qolu YPG-nın rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə  zirehli maşın verdiyi bildirildi. 
 
 Məsələ ilə bağlı xəbərləri dəyərləndirən Pentaqon sözçüsü mayor Adrian Rankine Galloway:"Suriya Ərəb Koalisiyasına mövcud səlahiyyətlər çərçivəsində üstü zirehli maşınlar verdik. Bu vasitələr onları Rakkaya gedərkən terror təşkilatı DEAŞ-ın əl istehsalı partlayıcı qurğularından qoruyacaq" dedi.

 ABŞ-ın sabiq prezidenti Barack Obamanın verdiyi səlahiyyətlərdə hər hansı bir dəyişiklik olmadığını da vurğulayan Galloway  Müdafiə Nazirliyinin Suriya Demokratik Qüvvələrinin ərəb hissəsinə hərbi ləvazimat dəstəyi vermə və təlim keçmə siyasətinə davam etdiyini bildirdi.

 Galloway Obama dövründə verilmiş 503 nəfərdən ibarət quru qüvvələri heyətini göndərmə səlahiyyətinin də dəyişmədiyini və ABŞ-ın bu sayı hazırda keçmədiyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr