Kanada qaçqınları qəbul etmək istədiyi üçünmü terror törədildi?

Bir neçə gün əvvəl Kanada Amerika Birləşmiş Ştatlarının qapılarını üzünə bağladığı 7 Yaxın Şərq və Afrika ölkəsi qaçqınlarını qəbuletmə qərarı vermişdi.

662341
Kanada qaçqınları qəbul etmək istədiyi üçünmü terror törədildi?

  Kanadada bir məscidə silahlı hücum təşkil edild, 6 nəfər həyatını itirdi, 8-i yaralandı. Hücum Quebec şəhərində eyni zamanda məscid olaraq da istifadə edilən Quebec İslam Mədəniyyət Mərkəzində oldu. Silahlı 3 nəfər axşam namazı üçün məscidə toplanan 40 adama atəş açdı.

  Polis hadisəylə əlaqədar iki şübhəlini nəzarətə alıb.

  Kanadanın Baş naziri Castin Trüdo (Justin Tırudo) hücumla əlaqədar ictimai mediadan münasibət bildirərək deyib: "Bu gün kanadalılar Quebecdəki məscidə edilən hücumla əlaqədar həyatını itirənlər üçün kədərlənir. Biz günahsız insanlar və ailələriylə birlikdəyik".

  Əyalətdə hücumdan sonra təhlükəsizlik tədbirləri artırılıb.

  Qeyd edək ki, bir neçə gün əvvəl Kanada Amerika Birləşmiş Ştatlarının qapılarını üzünə bağladığı 7 Yaxın Şərq və Afrika ölkəsi qaçqınlarını qəbuletmə qərarı vermişdi.



Әlaqәli Xәbәrlәr