Tereza Mey nazirlərinə göstəriş verdi

İngiltərə Parlamentinin internet səhifəsində başladılan kampaniyada 600 minə yaxın imza toplanıb.

661434
Tereza Mey nazirlərinə göstəriş verdi

İngiltərə ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan etmə qərarından ikili vətəndaşlığı olan yaxud da başqa ölkələrdə doğulmuş ingilis vətəndaşlarının təsirlənməməsi üçün təşəbbüs qaldırıb.

İngiltərədə mətbuatın Baş Nazirlik mənbələrinə əsaslandırdığı xəbərlərə görə,  baş nazir Tereza Mey xarici işlər naziri Boris Cansına və daxili işlər naziri Amber Ruda amerikalı həmkarları ilə mövzu barədə əlaqə saxmaları üçün göstəriş verib.

Xarici işlər naziri Cansın da Trampın qərarını sosial şəbəkədə özünün səhifəsində tənqid edərək bildirib ki, ingilis vətəndaşlarının haqqlarını ölkə daxilində və xaricində qoruyacağıq. İnsanlar arasında milliyyətlərinə görə ayrı-seçkilik qoymaq səhv və speratçılıqdır.

Hakimiyyətdəki Mühafizəkar Partiyanın İraqda anadan olan millət vəkili Nadhim Zahavi ilə Somalidə anadan olan Olimpiada çempionu atlet Sir Mo Farah başda olmaqla xeyli sayda ingilis vətəndaşının ABŞ-ın qəbul etdiyi qadağa qərarından təsirlənə biləcəyi bildirilir.

Ana müxalifətdəki İşçi Partiyasının lideri Ceremi Korbayn da müsəlman ölkələrin vətəndaşlarına qarşı qadağa qərarına son qoyulanadək Trampın İngiltərəyə realaşdıracağı dövlət ziyarətinə icazə verilməməsi üçün çağırış edib.

Bu arada İngiltərə Parlamentinin internet səhifəsində ziyarətə icazə vərilməməsi üçün başladılan kampaniyada 600 minə yaxın imza toplanıb.



Әlaqәli Xәbәrlәr