Danimarka və İsveç, Quebec şəhərindəki hücumu lənətləyib

Danimarka və İsveç, Kanadanın Quebec şəhərində məscidə edilən terror hücumunu qınayıb.

661825
Danimarka və İsveç, Quebec şəhərindəki hücumu lənətləyib

İsveç baş naziri Stefan Löfven verdiyi açıqlamada: “Quebecdə törədilən terror aktını qınayıram. Qurbanların ailələri və Kanada xalqının kədərini bölüşürəm” deyə vurğulayıb.

Danimarka xarici işlər naziri Anders Samuelsen isə, TV2 News kanalına verdiyi müsahibədə “Hər terror hücumu kimi, Kanadada bir məscidə edilən hücum ilə də insanlığın hədəf götürüldüyünü, Bu səbəblə əli qanlı terroristlərə qarşı ciddi mübarizənin zərurət olduğunu deyib.

Xarici işlər naziri ölkədə məscidlər ilə əlaqəli əlavə təhlükəsizlik tədbirlər həyata keçiriləcək mi sualına isə: “Lazımlı təhlükəsizlik tədbirlərini həyata keçirən Polis Kəşfiyyat Təşkilatı (PET) kimi güçlü bir müəssisəmiz var. Ancaq zərurət olması halında biz siyasilər də bəzi tövsiyələr ortaya qoya bilərik” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr