Donald Tramp Meksikadan idxala 20% vergi tətbiq edəcək

Bunu Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.

659982
Donald Tramp Meksikadan idxala 20% vergi tətbiq edəcək

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Meksika hökuməti iki ölkə arasında divarın tikilməsi üçün vəsait ödəmək istəmirsə, onda Meksika prezidenti Enrike Peni Nyetonun yanvarın 31-ə planlaşdırılmış görüşü təxirə salınsa daha yaxşı olar.

Donald  Tramp bunu şəxsi  ‘‘Twitter’’ səhifəsində yazıb.

D.Tramp qeyd edib: "Əgər Meksika bu qədər vacib bir divarın inşası üçün vəsait ödəmək istəmirsə, onda gözlənilən görüşü təxirə salmaq daha yaxşıdır".

Meksika prezidenti Enrike Peni  Nyeto isə açıqlama verәrәk  yanvarın 31-də ABŞ-a  planlaşdırdığı səfərini ləğv etdiyini bildirib. 

Enrike Peni  Nyeto bildirib ki: ‘‘ Yanvarın 31-dә ABŞ-a planlaşdırdığım sәfәri  lәğv etdiyimi Ağ Evә bildirdim. Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”

Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki: ''ABŞ prezidenti Donald Tramp Meksikadan idxala 20% vergi tətbiq edəcək və yığılan vəsait divarın tikilməsini ödəyəcək'' 



Әlaqәli Xәbәrlәr