Türkiyə və Rusiya, Trumpın qərarına münasibət bildirib

Türkiyə, Suriyada etibarlı bölgələr yaradılması fikrindən ilk gündən bəri müdafiə edir. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Müftüoğlu deyib.

659718
Türkiyə və Rusiya, Trumpın qərarına münasibət bildirib

Hüseyn Müftüoğlu, təşkil etdiyi mətbuat konfransında, ABŞ prezidenti Donald Trumpun “Suriyada etibarlı bölgələr yaradılacaq” sözünə münasibət bildirib. Müftüoğlu, Türkiyənin, Suriyadakı vətəndaş müharibəsinin başladığı ilk günündən bəri təhlükəsiz zonalar yaradılması fikrindən müdafiə etdiyini ifadə edərək: “Etibarlı bölgələrin əhəmiyyətinin ən gözəl nümunəsi Cerablus hərəkatından sonra təhlükəsizlik bərpa edilən ərazilərə onminlərlə Suriyalı qardaşımızın geri qayıtmalarıdır” deyə vurğulayıb.

Kremlin mətbuat sözcüsü Dmitriy Peskov da mövzu  ilə  əlaqəli  şərhində belə bir addımın nəticələrinin yaxşı analiz edilməsinin, Suriyada miqrantlarla əlaqədar vəziyyətin daha da pisləşməsinə səbəb olmamasının lazım gəldiyini qeyd edib.

Peskov, mövzunu ABŞ ilə müzakirə etmədiklərini, bunun Vaşinqtonun öz qərarı olduğunu sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr