Meksikaya divar çəkmək üçün imza atdı

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp seçki kampaniyasındakı vədlərini həyata keçirmək üçün gecikmək istəmir.

659233
Meksikaya divar çəkmək üçün imza atdı

  Belə ki, ABŞ-ın yeni prezidenti Meksika sərhədinə “divar hörmək” vədini də yerinə yetirdi.

  Ağ Ev Trampın Meksika sərhədinə divar hörülməsini nəzərdə tutan əmri imzaladığını açıqladı.

  Məlumatda bildirilir: “Bu, ölkəyə qanuni olmayan girişlərin qarşısını almaq üçün atılacaq addımların ilkidir”.
  Ağ Ev sözçüsü Şon Spayser (Sean Spicer) divarın ABŞ-a cinayət və qeyri-qanuni miqrasiya axınını azaldacağını qeyd edib.

  Maraqlıdır ki, bu imzaatma Meksikanın Xarici İşlər naziri Luis Vedeqarayın bir neçə günə ABŞ-a gəlməsi, ölkə prezidenti Pena Nietonun isə 31 yanvarda Trampla görüşü ərfəsində oldu.

  Xatırladaq ki, Meksika prezidenti Nieto çərşənbə axşamı etdiyi şərhdə yeni ABŞ rəhbərliyilə əlaqələrin aqibətinə dair ilk siqnalları vermişdi: o, Meksika iqtisadiyyatının ABŞ-a asılılığını azaltmaq istədiklərini və Braziliya ilə Argentina kimi Latın Amerika ölkələrilə əlaqələrin yenidən inkişaf etdirməyi planlaşdırdıqlarını qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr