XİN, Steinmeier Suriya danışıqlarına münasibət bildirib

Suriya ilə əlaqədar siyasi həll ancaq Cenevrə danışıqları prosesi çərçivəsində təmin edilə bilər. Bunu Almaniya Xarici işlər naziri Frank-Walter Steinmeier deyib.

657692
XİN, Steinmeier Suriya danışıqlarına münasibət bildirib

Almaniya Xarici işlər naziri Frank-Walter Steinmeier, Berlində Birləşmiş Millətlər Təşkilatının səlahiyyətliləri ilə bir araya gəlib. O, daha sonra təşkil edilən mətbuat konfransında, Suriya mövzusuna dair ünvanlanan sualları cavablandırıb.

Steinmeier, Qazaxıstanın paytaxtı Astanada baş tutan Suriya mövzulu yığıncaqda daha çox ixtilafın hərbi ölçüsünün dəyərləndirildiyini qeyd edib.

Almaniyanın da müşahidəçi ölkə olaraq qatıldığı Astana danışıqlarının, problemin həlli uğrunda atılmış addım olduğunu, siyasi həll yolunun tapılması üçün bölgə ölkələrinin danışıqlara qatılmalarının və problemin həllinə dəstək vermələrinin əhəmiyyətini vurğulayan Steinmeier, siyasi həllin ancaq Cenevrə danışıqları ilə mümkün ola biləcəyini qeyd edib.

Steinmeier, Avropada immiqrant böhranının əsas səbəbinin Suriyadakı vəziyyət olduğunu və Avropa İttifaqının da həll prosesində iştirak etməsinin lazım gəldiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr