'' Rusiya ABŞ-a raket zərbəsi endirəcək''

“New York Times''  qəzetinin hakerlər tərəfindən ələ keçirilən “@NYTvideo” adlı ''Twitter'' hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.

657854
'' Rusiya ABŞ-a raket zərbəsi endirəcək''

“New York Times''  qəzetinin hakerlər tərəfindən ələ keçirilən “@NYTvideo” adlı ''Twitter'' hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.

Məlumata görə, nəşrin ''Twitter''  hesabına səhər saatlarında kiber hücumlar təşkil edilib.

“Son dəqiqə: Vladimir Putin ABŞ-a raket zərbələri endiricəyi ilə bağlı məlumat ötürüb” başlığı ilə paylaşılan xəbər  saat 10.00 radələrində  silinib.

Daha sonra sözügedən hesabdan yayılan açıqlamada, “Bu səhifədən bizim icazəmiz olmadan paylaşılan məlumatı sildik. Məsələ ilə bağlı araşdırma aparırıq”, deyə bildirilib.



Әlaqәli Xәbәrlәr