ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzaladı.

657628
ABŞ Trans-Sakit Okean Tərəfdaşlığından çıxdı

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair fərman imzaladı.
 
 Trump keçmiş prezident Barack Obamanın "Dünya iqtisadiyyatının qaydalarının yalnız Çin kimi ölkələr tərəfindən yazılmasına yol verə bilmərik. Biz də bu qaydaları yazanlardan olmalıyıq" ifadələri ilə müdafiə etdiyi Trans-Sakit Okean Müqaviləsinin ABŞ iqtisadiyyatına zərər verəcəyini söyləmişdi.
 
 Ağ Ev sözçüsü Sean Spicer də keçən həftə verdiyi açıqlamada ən qısa zamanda sözügedən müqavilə ilə bağlı  addımların atılacağını xatırlatmışdı.



Әlaqәli Xәbәrlәr