Tramp zaman itirmir

Tramp Ağ Evdə ilk açıqlamasını verdi.

656156
Tramp zaman itirmir

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp vəzifəsinin icrasına başladıqdan sonra ilk açıklamasını yaydı.

Tramp vəzifəsini təhvil  aldıqdan sadəcə bir neçə dəqiqə sonra artıq ev sahibi olduğu Ağ Evdə ilk açıqlamasını verərək "prioritetimiz terror təşkilatı DEAŞ'-ı məhv etməkdir" deyib.

ABŞ-ın yeni prezidenti bildirib ki, "DEAŞ və digər radikal terror təşkilatlarını məğlub etmək ilk növbədəki işimiz olacaq.

Buna görə, Vaşinqton rəhbərliyi terrorçu qruplara maliyyə dəstəyin kəsilməsini, yayılma imkanlarını aradan qaldırmağı, terror təbliğatlarına son qoymağı diqqət mərkəzində saxlamağa üstünlük verəcək.

Açıqlamada İran və Şimali Koreya rəhbərliklərinə də müraciət edilib.

Yeni rəhbərlik bu iki ölkədən ola biləcək raket təhdidinə qarşı, öz müasir raket müdafiə sistemini inkişaf etdirəcəyini elan edib.


Etiketlәr: #Tramp , #Ağ ev , #DAİŞ , #raket

Әlaqәli Xәbәrlәr