Kıbrıs danışıqlarının ikinci turu yekunlaşıb

Kıbrıs probleminə daimi hǝll yolu tapmaq mǝqsǝdiylǝ İsveçrənin Cenevrə şəhərində keçirilǝn danışıqların ikinci turu ötǝn gün sona çatıb.

655436
Kıbrıs danışıqlarının ikinci turu yekunlaşıb

12 Yanvarda problemin hǝllinǝ dair BMT-nin Cenevrə Ofisinin ev sahibliyi etdiyi beynəlxalq konfrans, bir hǝftǝ fasilǝdǝn sonra, zǝmanǝtçi ölkələr Türkiyə, Yunanıstan, İngiltərə vǝ Şimali Kıbrıs Türk Respublikası ilǝ Rum İcmasından nümayǝndǝ heyǝtlǝrinin iştirakı ötǝn gün yenidǝn başlamışdı.

BMT baş katibinin Kıbrıs üzrǝ mǝslǝhǝtçisi Espen Barth Eide yığıncaqdan sonra verdiyi açıqlamada nümayǝndǝ heyǝtlǝri vǝ zǝmanǝtçi ölkǝlǝr arasında yenidǝn başlayan vǝ iki gün davam edǝn danışıqların uğurla sona çatdığını bildirib.

Mǝlumata görǝ nümayǝndǝ heyǝtlǝri təhlükəsizlik və zəmanətlər mövzularını ǝtraflı müzakirǝ ediblǝr. Tǝrǝflǝr, bu iki mövzu ilǝ ǝlaqǝli fikirlǝrini bǝyan etdikdǝn  sonra  atılası addımları tǝhlil ediblǝr. Tǝkliflǝrini sǝslǝndiriblǝr.

Tǝlǝflǝr, bundan sonrakı prosesdǝ yüksǝk səviyyədə təmsil edilǝcǝklǝri  sammitin  keçirilmǝsi mövzusunda razılaşmışdılar.  Bu da Cenevrə prosesinin üçüncü mərhələsinda beş ölkənin baş nazirlərinin iştirak edǝcǝyi  bir  zirvə toplantısının keçirilǝcǝyi mǝnasını verir.

Digǝr tǝrǝfdǝn, Şimali Kıbrıs Türk Respublikası prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadisin 26 Yanvarda Lefkoşada görüşü nǝzǝrdǝ tutulub. İki liderin görüşü zamanı beştǝrǝfli konfransın siyasi seviyyǝsindǝ baş tutcaq islasa dair detallar müzakirǝ edilǝcǝk.

Beştǝrǝfli yığıncaqda Türkiyǝni Xarici İşlər Nazirliyinin Müsteşar müavini səfir əhməd Muhtar Günün başçılığındakı nümayǝndǝ heyǝti, Kıbrıs Türk tərəfini isə ekspert Özdil Naminin rǝhbǝrliyindǝki heyǝt tǝmsil edǝcǝk.



Әlaqәli Xәbәrlәr