İtaliyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb

İtaliyada dünən qeydə alınan 5,1-5,4 bal gücündəki zəlzələ nəticəsində bir nəfər həyatını itirib daha bir nəfər itkin düşmüş hesab edilir.

654739
İtaliyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb

Zəlzələdən təsirlənən bölgədəki bir otelə qar uçqunu düşməsi nəticəsində isə 3 nəfər itkin düşüb.

İtalyan mətbuatına görə avqust ayında baş verən zəlzələ nəticəsində 300 nəfərin həyatını itirdiyi bölgədə, dünən də yerli vaxta görə saat 10.25-də 5,1; 11.15-də 5,5, 11.25-də 5,4 və 14.34-də 5,1 bal gücündə olmaqla baş verən 4 zəlzələdən sonra Kastel-Kastanya yaşayış məntəqəsində xilasedicilər 83 yaşlı kişinin meyidini dağıntılar altından çıxarıblar. Daha bir nəfərin itkin düşdüyü bildirilir

Bundan əvvəl Kastilyone şəhərində xilasedicilər ana və övladını dağıntılar altından çıxarıblar. Onların həyatlarına təhlükə yoxdur.

Ötən gün İtaliyanın mərkəzi bölgəsində bir-birinin ardınca 5,6 bal gücünədək 4 zəlzələ baş verib. Zəlzələ paytaxt Romada da hiss olunub. 

 


Etiketlәr: #İtaliya , #zəlzələ

Әlaqәli Xәbәrlәr