Avropa Parlamentinin yeni sədri Antonio Tajani oldu

Avropa Parlamentinin yeni sədri xristian demokratları qrupunun təşkilatı olan Avropa Xalq Partiyasının namizədi italyan Antonio Tajani oldu.

653618
Avropa Parlamentinin yeni sədri Antonio Tajani oldu

Avropa Parlamentinin yeni sədri xristian demokratları qrupunun təşkilatı olan Avropa Xalq Partiyasının namizədi italyan Antonio Tajani oldu.

Dünən Strasburqda 4 mərhələdə keçirilən seçkilərdə italyan namizəd Antonio Tajani 351 səs toplayaraq Avropa Parlamentinin yeni sədri seçildi.

Nəticələrin elan olunmasından sonra çıxış edən Tajani qələbəsini İtaliyada keçən il baş verən zəlzələdə həlak olanlara həsr etdiyini ifadə edərək, Avropanı birliyə çağırdı.

Antonio Tajani bu vəzifəyə seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında da Avropada həmrəylik və birliyə ehtiyac olduğunu vurğuladı.

Tajani səsvermədən əvvəlki çıxışında isə, Avropanın dəyişməsinin zəruriliyini qeyd edərək: "AP sədri hər kəsə yaxın və dialoqa açıq olmalıdır. Avropa İttifaqı ideyasına inanıram. Mən Parlament sədri olacağam, baş nazir deyil. Xalqa daha yaxın olmaq məcburiyyətindəyik"dedi.

Tajani İngiltərənin gələcəkdə Aİ üçün əhəmiyyətli bir tərəfdaş olacağını da vurğuladı.

 



Әlaqәli Xәbәrlәr