Yәmәndә davam edәn toqquşmalar nәticәsindә azı 1400 uşaq hәlak olub

Bu barәdә BMT  Uşaqlara Yardım Fondu mәlumat verib

649404
Yәmәndә davam edәn toqquşmalar nәticәsindә  azı 1400 uşaq hәlak olub

Yəməndə Husilәr və eks-prezident  Əli Abdullah  Saleh tərəfdarları ilə hökumət qüvvələri arasında təxminən iki ildir davam edən toqquşmalar nәticәsindә  azı 1400 uşaq həyatını itirib.

BMT  Uşaq  Fondunun (Yunisef)  məlumatına  görə,  2015-ci ilin mart ayından etibarәn  davam edən toqquşmalar nәticәsindә   2400-den çox  uşaq da yaralanıb.

Bundan başqa  14 milyondan çox uşağın  təmiz suya ehtiyacı var.

Mәlumata görә, 1 milyon  700 min uşaq isə kifayət qədər qidalanmır.

Qeyd edәk ki, ölkәdә davam edәn toqquşmalar sәbәbindәn  2 min mәktәbin dә  yerlә-yeksan olduğu bildirilir.


Etiketlәr: #BMT , #Yunisef , #Yəmən , #Hüsilər

Әlaqәli Xәbәrlәr