S-400 "Triumf" zenit-raket sistemi Moskva səmasını qoruyacaq

Rusiyanın paytaxtı Moskvanın səmasını qoruyacaq S-400 "Triumf" raket əleyhinə müdafiə sistemi sabah işə başlayacaq.

648200
S-400 "Triumf" zenit-raket sistemi Moskva səmasını qoruyacaq

Rusiyanın paytaxtı Moskvanın səmasını qoruyacaq S-400 "Triumf" raket əleyhinə müdafiə sistemi sabah işə başlayacaq.
 
 Rusiya Müdafiə Nazirliyindən verilən son dəqiqə məlumatına  görə, sistem Moskova və  Mərkəzi İqtisadi Regionunu qoruyacaq.
 
 S- 400 "Triumf " Rusiyanın ən güclü uzaqmənzilli (400 km) raket əleyhinə müdafiə sistemidir.
 
 Sistem balistik raketlər və "Cruise" raketləri, o cümlədən, mənzili daxilində havadakı bütün hədəfləri məhv edə bilir.
 
 Rusiya Amerika Birləşmiş Ştatlarının "Patriot"larının ekvivalenti olan bu hava müdafiə sistemini ən son Türkiyə hava məkanını pozan Su-24 təyyarəsinin  vurulmasından sonra Suriya ərazisində  yerləşdirmişdi.
 
 Digər tərəfdən, Barak Obama hökuməti son günlərində NATO-ya  silah və əsgər dəstəyini artırmağa davam edir.
 
 Hərbi ləvazimatlar Rusiyaya qonşu olan NATO ölkələrinə paylanacaq.
 
 NATO ölkələri Almaniya, Kanada və İngiltərə də hər biri 1000  əsgərdən ibarət olan batalyonlarını Latviya və Litvaya göndərdilər.
 
 Birliklərin fevral ayının əvvəlində Polşa, Baltik ölkələri, Bolqarıstan, Rumıniya  Almaniyaya gedəcəyi bildirilir.
 
 Rusiya da Polşa və Litva arasında yerləşən Kalininqrad şəhərinə nüvə başlığı taxıla bilən "İsgəndər" raketlərini yerləşdirdiyini açıqlayıb.
 



Әlaqәli Xәbәrlәr