Macarıstanda son 30 ilin ən soyuq qış fəsli

Macarıstan son illərin ən soyuq günlərini keçirir. Şaxta ölkə ərazilərində həyatı ifliç edib. Soyuqdan təsirlənən 80 nəfər həyatını itirib.

647958
Macarıstanda son 30 ilin ən soyuq qış fəsli

Meteorologiya müşahidələrinə görə, ölkədə təsirli olan şaxta, 1985-ci ildə qeydə alınan mənfi 26,5 dərəcə rekordunu təzələyib.

8 Yanvarda Pest bölgəsində termometr mənfi 28,1 dərəcəni göstərib.

Macarıstan Sosial Forumunun məlumatında isə, ölkə ərazilərində 2016-cı ilin payız fəslindən dekabr ayının sonuna dək 80 nəfərin donaraq həyatını itirdiyi bildirilib. Bunlardan 20-si küçədə, 27-si evində, 33-ü isə xəstəxanaya yerləşdirildikdən sonra ölüb. Ötən ilin müvafiq dövründə, şaxtadan təsirlənərək ölənlərin sayı 45 nəfərdi.



Әlaqәli Xәbәrlәr