Benzin qiymətləri artınca

Bəzi yerlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaranıb, benzin stansiyaları yağmalanıb.

647743
Benzin qiymətləri artınca

  Meksikada benzin qiymətlərinin artmasına qarşı mitinqlər davam edir.

  Paytaxt Mexikonun mərkəzində yenə minlərlə nümayişçi küçələrə düşüb, hökumətin 20 faiz qaldırdığı benzin qiymətlərinə etiraz bildirib, "Nietoya istefa" şüarları səsləndirib.

  Meksika prezidenti Enrique Pena Nieto isə nümayişlərə münasibət bildirməyib.

  Qeyd edək ki, benzin qiymətlərində artım elan ediləndən ölkədə paytaxt başda olmaqla bir çox şəhərdə nümayişlər davam edir. Hətta bəzi yerlərdə nümayişçilərlə polis arasında qarşıdurma yaranıb, benzin stansiyaları yağmalanıb.

  Nümayişlərdə bu günə qədər 6 adam ölüb, 1600 nəfər nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr