Həmzə bin Laden qlobal terroristlər siyahısına salındı

ABŞ, terror təşkilatı əl Qaidənin 2011-ci ildə Pakistanda öldürülən lideri Usamə bin Ladenin oğlu Həmzə bin Ladeni qlobal terroristlər siyahısına salıb.

645482
Həmzə bin Laden qlobal terroristlər siyahısına salındı

ABŞ dövlǝt departamentindǝn verilǝn açıqlamada belǝ bir qǝrarın qǝbul edilmǝsinǝ sǝbǝb kimi, Həmzə bin Ladenin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına istiqamǝtli tǝhdid yaratdığı göstǝrilib.

Bin Ladenin sǝrvǝtinin dondurulduğu ifadǝ edilǝn şǝrhdǝ Amerika vətəndaşlarının da bu şǝxslǝ ticarǝt etmǝlǝrinin qadağan edildiyi bildirilib.

ABŞ dövlǝt katibliyinin şǝrhindǝ, avqust 2015-ci ilə əl-Qaidə liderlərindən Ayman əl-Zavahirinin Həmzə bin Ladeni təşkilatın rǝhbǝri kimi qǝbul etdiyini sǝslǝndirdiyi xatırladılıb.



Әlaqәli Xәbәrlәr