İngiltərənin Aİ yanında yeni səfiri  Tim Barrow oldu

Böyük Britaniyanın Avropa İttifaqı yanında yeni səfiri Tim Barrow oldu.

644774
İngiltərənin Aİ yanında yeni səfiri  Tim Barrow oldu

Təcrübəli diplomat, ötən gün istefa verən səfir Ivan Rogersin postuna təyin edildi.

Baş nazirlik 2011-2015 illəri arasında Moskva səfiri olan Barrowun "təcrübəli və güçlü danışıqlar edən” dəyərli diplomat olduğunu bildirib.

BBC Türkcənin xəbərinə görə; Barrow, Böyük britaniyanın Avropa İttifaqından ayrılma (Brexit) prosesi ilə əlaqəli danışıqlara başçılıq edəcək.

Barrow verdiyi açıqlamada belə bir posta təyin edildiyi üçün xoşbəxt olduğunu, Brexitin İngiltərənin  lehinə reallaşması uğurnda səy edəcəyini vurğulayıb.

Bəzi millət vəkillərinə görə İstefa verən Ivan Rogers, Brexit mövzusuna müsbət yanaşmadığı nəzərindən müdafiə edirlər. Buna səbəb olaraq da onun “Əsassız fikirlərə müxalifət edəcəyinizə və doğruları səsləndirəcəğinizə inanıram”, sözləri göstərilir.



Әlaqәli Xәbәrlәr