BMT-nin yeni Baş katibilə görüşmək üçün yola düşdü

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının yeni Baş katibi Antonio Quterreslə görüşmək üzrə Amerika Birləşmiş Ştatlarına gedir.

643591
BMT-nin yeni Baş katibilə görüşmək üçün yola düşdü

  Bu gün günorta ABŞ-a yola düşəcək Çavuşoğlu sabah BMT Baş katibilə bir araya gələcək.

  Nyu-Yorkda reallaşacaq Çavuşoğlu-Quterres görüşündə regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

  Qeyd edək ki, BMT-nin yeni Baş katibi Antonio Quterres vəzifəsini 1 yanvardan Ban Ki Mundan təhvil alıb. Portuqaliyalı siyasətçi Birləşmiş Millətlər Təşkilatının 9-cu Baş katibi sayılır. O, 1995-2002-ci illər arası Portuqaliyanın Baş naziri, 1999-2005-ci illərdə Beynəlxalq Sosialist Təşkilatının rəhbəri və 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar üzrə Ali komissarı (UNHCR) vəzifələrini icra edib. Artıq bundan sonra 5 il təşkilatın Baş katibi olacaq.

  İki dövr BMT Baş katibi vəzifəsini daşımış Ban Ki Mun onun haqqında deyir: “Quterres müharibə və qarşıdurma bölgələrində, qaçqın düşərgələrində olub, insanların çəkdiyi ağrıları birbaşa görüb. Mən hər zaman onun tövsiyələrindən faydalanmışam. Onun BMT-yə Baş katib seçilməsi çox yaxşı bir seçimdir”.



Әlaqәli Xәbәrlәr