''Vladimir Putin çox ağıllı adamdır”
Bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp deyib.
641390
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarını alqışlayıb.
Bu barədə D.Tramp özünün “Twitter” hesabında yazıb.
“Putin çox gözəl hərəkət edib. Mən həmişə bilirdim ki, o, çox ağıllı adamdır”, Tramp qeyd edib.
Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib. Ağ Ev və ABŞ Dövlət Departamenti Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.
Әlaqәli Xәbәrlәr
Husilәr İsrailә mәxsus gәmiyә hücum etdi
Yəməndəki husilər Ədən körfəzində İsrail gəmisini vurduqlarını bildiriblər.