“PKK-nın Sincarda hər hansı rolu olmamalıdır”,M.Toner

ABŞ terror təşkilatı PKK-nın İraqın Suriya sərhədindəki Sincar şəhərində hər hansı rolunun olmamasının vacibliyini bildirib.

639063
“PKK-nın Sincarda hər hansı rolu olmamalıdır”,M.Toner

ABŞ terror təşkilatı PKK-nın İraqın Suriya sərhədindəki Sincar şəhərində hər hansı rolunun olmamasının vacibliyini bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bu barədə açıqlama verərək deyib ki, PKK-nın mövcudluğunu Sincardakı razılaşma zəmininin qarşısındakı əsasa maneə kimi görürük. Ölkəmin terror təşkilatı olaraq qəbul etdiyi PKK-nın Sincarda hər hansı rolu olmamalıdır.

Sincarda fəal olan bütün qrupların bölgənin yerli ünsürlərinin yerlərinə  geri qayıda bilmələri üçün vacib olan siyasi razılaşma prosesinə hörmətlə yanaşmasının lazım olduğunu bildirən  Mark Toner vurğulayıb ki, Bağdad ilə Erbil rəhbərliklərini bu mövzuda yaxın əməkdaşlıq etməyə çağırırıq. İnanıram ki, hökumət (Bağdad hökuməti) də Sincarda sabitliyin təmin edilməsi və PKK-nın mövcudluğundan mənbələnən problemlər mövzusunda narahatlığımızı bölüşür.

Qeyd edəki ki, İraq Kürd Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzani "PKK-nın Şengaldə işi yoxdur." deyə açıqlama vermişdi.

 İKBY-nin baş naziri Neçirvan Bərzani də keçən həftə verdiyi açıqlamada PKK Sincardan çəkilməyəcəyi təqdird "hərbi gücə"  müraciət edə biləcəkləri barədə xəbərdarlıq etmişdi.



Әlaqәli Xәbәrlәr