Barak Obama və Şinzo Abe Perl-Harborda həlak olanların xatirəsini yad ediblər
ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Şinzo Abe Havay adalarının Oahu adasındakı Perl-Harbor buxtasında II Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.
ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Şinzo Abe Havay adalarının Oahu adasındakı Perl-Harbor buxtasında həlak olanların xatirəsini yad ediblər.
Barak Obama və Şinzo Abe Perl-Harbor buxtasında “Arizona” gəmisinin batırıldığı yerdə ucaldılmış xatirə kompleksinin önünə əklillər düzüblər.
Qeyd edək ki, 1941-ci ilin dekabrın 7-də Yaponiya Hərbi-Hava Qüvvələrinin hücumu nəticəsində “Arizona” gəmisinin göyərtəsində olan 2400 nəfər həlak olub. Həmin hücum ABŞ-ın II Dünya müharibəsinə qatılmasına səbəb olub.
Xatırladaq ki, 2016-cı ilin mayında Barak Obama ABŞ-ın nüvə bombası atdığı Xirosima şəhərinə baş çəkərək qurbanların xatirəsini yad edib. Sindzo Abenin Perl-Harbora səfərinin Yaponiya hökumətinin buna cavab addımı olduğu bildirilir.