ABŞ prezidenti Barak Obama proqrama son qoyulduğunu açıqladı

ABŞ prezidenti Barak Obama 11 sentiyabr hücumlarından sonra başlayan “Müəyyən müsəlman ölkələrdən gələn şəxslərin qeydiyyata alınması”  proqramına son qoyub.

636158

Daxili Təhlükəsizlik Nazirliyinin sözçüsü Nema Hakim tərəfindən verilən açıqlamada 2011-ci ildən bəridir fəal olaraq istifadə edilməyən Milli Təhlükəsizlik Giriş-Çıxış Qeydiyyat Sistemi (NSEERS) proqramının ləğv edildiyini bildirib.

Hakim açıqlamasında deyib ki, əsasən köhnəlmiş bu proqramın həyata keçirilməsi təsirli tədbirlərin görülməsindən daha çox məhdud mənbələrin boş yerə xərclənməsinə də səbəb olurdu.

Açıqlamada Nyu-York ştatının ədliyyə naziri Erik Şnaydermanın da proqramın terrorçulara mane olmadığı, habelə təhlükəsizlik qüvvələrinə olan etimadı sarsıtdığını ifadə etdiyi və əlaqəli qanunun ləğvini təklif etdiyi bildirilib.

Yanvarın 20-də ABŞ prezidenti vəzifəsini təhvil alacaq Tramp isə proqramın qüvvədə olmasını müdafiə edir və  yenidən qüvvəyə mindirə biləcəyini deyir.

Әlaqәli Xәbәrlәr