Rusiyada losyondan zəhərlənərək ölənlərin sayı 71 oldu

Rusiya prezidenti Vladimir Putin tərkibində spirt olan məhsulların satışı ilə bağlı ciddi tədbirlərin görülməsi barədə sərəncam verdi.

635791
Rusiyada losyondan zəhərlənərək ölənlərin sayı 71 oldu

 Rusiyada bədən losyonunun tərkibindəki spirtdən zəhərlənmə nəticəsində ölənlərin sayı 71-ə yüksəldi.spirt

 Yerli mətbuatda çıxan xəbərlərə görə, 40 nəfərin müalicəsi isə davam edir.
 
 Bu hadisədən sonra Rusiya prezidenti Vladimir Putin tərkibində spirt olan məhsulların satışı ilə bağlı ciddi tədbirlərin görülməsi barədəsərəncam verdi.
 
 Kremlin Mətbuat Mərkəzindən verilən məlumatda tərkibində spirt olan ətir, losyon və təmizlik məhsullarının satışı ilə bağlı daha sıx qaydalar tətbiq olunacağı və  bu növ məhsulların etiketləri ilə bağlı  tənzimləmələrin olacağı bildirilir.
 
 Məlumatda, eyni zamanda, spirtli içki qaçaqmalçılarına qarşı daha sərt cəzaların tətbiq olunacağına işarə edilir.
 
Qeyd edək ki, Rusiya Federasiyası İstintaq Komitəsi şüşəsinin üstündə "daxili istifadə üçün deyil" xəbərdarlığının olmasına baxmayaraq, losyonun spirtli içki kimi istifadə edildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr