Fətullah Gülən Hillari Klintonun kampaniyasına milyonlarla dollar ianə verib

Vəkil Robert Amsterdam Fətullah Gülənin ABŞ-da prezident seçkiləri yarışında itirən Demokratların namizədi Hillari Klintonun kampaniyasına milyonlarla dollar ianə verdiyini söyləyib.

634993
Fətullah Gülən Hillari Klintonun kampaniyasına milyonlarla dollar ianə verib

Beynəlxalq qeyri-qanuni fəaliyyətləri hüquq baxımından araşdıran mərkəzi qərargahı Londana yerləşən 'Amsterdam & Partners' hüquq firmasından Robert Amsterdam Fətullah Gülənin ABŞ-da prezident seçkiləri yarışında itirən Demokratların namizədi Hillari Klintonun kampaniyasına milyonlarla dollar ianə verdiyini söyləyib.

FETÖ ilə əlaqəli ölkə xaricindəki məhkəmələrdə Türkiyəni təmsil edən Robert Amsterdam bildirib ki, Demokratlar sistemlərinin Rus xakerlər tərəfindən sındırıldığına dair danışacaqlarına əslində Gülənlə əlaqəli danışsınlar. Klintona yardım istəyən Gülən prezidentliyə namizədliyini irəli sürənin kampaniyasına milyonlarla dollar köçürüb.

Gülən hərəkatının ABŞ-ın Pensilvanya ştatındakı bir vaizdən başqa işlər gördüyünü vurğulayan Amsterdam qeyd edib ki,  bu, milyardlarla dollarlıq, çox cəhətli bir cinayət şəbəkəsi və həmin zamanda dünyanın nizam-intizamı üçün də gərçək bir təhdiddir.

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı sui-qəsdin də detallı şəkildə tədqiq edilməsinin vacibliyinə toxunan vəkil ona da bildirib ki, sekulyar bir polis işçisinin Hələblə əlaqəli açıqlama verməsinin, izləyən hər kəs üçün asan cavabların qəbul edilməməsi, hadisənin daha dərindən araşdırılması üçün bir xəbərdarlıq olduğunu düşünürəm. Bu hadisə Rusiya və Türkiyəni daha da yaxınlaşdıracaq. İki liderin də bunun təxribat olduğunu çox yaxşı başa düşdüyünü görürəm və bu təxribatçılığa verilə biləcək ən yaxşı cavab isə normallaşmağı davam etdirməkdir.
 



Әlaqәli Xәbәrlәr