Rusiya səfiri, Andrey Karlovun öldürüldüyü  hadisə lənətlənib

Rusiyanın Ankara səfiri Andrey Karlova ötən gün təşkil edilən sui-qəsdə beynəlxalq cəmiyyət lənət yağdırmaqda davam edir.

634097
Rusiya səfiri, Andrey Karlovun öldürüldüyü  hadisə lənətlənib

Dünyanın müxtəlif ölkələri xain hadisəni qınama mesajları yayımlayıblar.

Ağ Ev, Karlovun həyatını itirdiyi silahlı hücumu ilk pisləyənlər arasında yer alıb. ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trump da başsağlığı mesajında:

“Karlovun ailəsinə və sevənlərinə başsağlığı veririk. Bir səfirin öldürülməsi mədəni nizamın pozuntusudur və universal olaraq lənətlənməlidir” deyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), NATO və Avropa İttifaqı da hadisəni qınayıblar.

BMT baş katibinin sözçüsü Stephane Dujarric, silahlı hücumu lənətlədiklərini, belə bir şeyə təşəbbüsün heç bir qanuni səbəbi ola bilməyəcǝyini vurğulayıb.

NATO baş katibi Jens Stoltenberg də rəsmi sosial media hesabındakı açıqlamasında hücumu lənətləyib və Rusiya xalqına başsağlığı verib. Belə xain hadisənin heç bir bəhanəsi və səbəbinin ola bilməyəcəyini qeyd edib.

Aİ Xarici əlaqələr və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Federica Mogherini də Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi baş sağlığı mesajında, hücumdan dərin kədər duyduqlarını və Rusiya rəsmiləriylə eyni duyğuları bölüşdüklərini deyib.

Avropa Şurası Parlament Assambleyası və Avropa Şurası Baş Katibi də hücumu lənətləyib.

Fransadan Azərbaycana, Almaniyadan Kanadaya qədər bir çox ölkə hökumətləri də hücumu pisləyiblər və Rusiya ilə həmrəylik mesajları veriblər.

Bütün ölkələrin mesajlarında dünyada radikalizmi və insanların öldürülməsini haqlı göstərə biləcək heç bir səbəbin olmadığına diqqət çəkilib. Belə xain hadisələrə demokratik birliklərin biganə qalmamalarının lazım gəldiyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr