Beynəlxalq Amnistiya Təşkilatı Arakan müsəlmanlarına zorakılıq tətbiq olunduğunu təsdiq etdi

Myanma rəhbərliyinin Arakan müsəlmanlarını hədəf alan zorakılıq aktları Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən təsdiq edildi.

633537
Beynəlxalq Amnistiya Təşkilatı Arakan müsəlmanlarına zorakılıq tətbiq olunduğunu təsdiq etdi

Beynəlxalq Amnistiya Təşkilatı Myanma ordusunu Arakan müsəlmanlarına qarşı evindən didərgin salma, təcavüz, işgəncə və qarət aktları tətbiq etməklə günahlandırdı.
 
 Təşkilatın Arakan müsəlmanları ilə bağlı yaydığı hesabatda Myanma əsgərlərinin tətbiq etdiyi zorakılığın insanlığa qarşı cinayət kimi dəyərləndirilə biləcəyi qeyd olunur.
 
 Myanma ordusu isə müsəlmanların yaşadığı Rakhin bölgəsində terrorla mübarizə əməliyyatları apardığını bildirir.
 
 Vəziyyəti "humanitar fəlakət" kimi səciyyələndirən Amnistiya Təşkilatı oktyabr ayından etibarən  27 mindən artıq Arakan müsəlmanının qonşu Banqladeşə qaçdığına, Banqladeşin də bu adamları geri göndərməyə çalışdığına diqqət çəkir.
 
 Qeyd edək ki, Arakan müsəlmanlarına qarşı zorakılıq hadisələrinin artması ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı ötən ay Myanmanın "etnik təmizləmə" apardığı barədə xəbərdarlıq edib.
 
 Arakan müsəlmanları Buddist əksəriyyətin yaşadığı Myanmada qanunsuz miqrant kimi görünürlər.
 
 Son üç ildə Myanmadakı zorakılıq aktları səbəbindən 140 mindən çox müsəlman ölkəni tərk etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr