John Kerry:"Hələbdə baş verənlər mülki vətəndaşlara qarşı tətbiq olunan terrordur"

Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry  Suriyanın Hələb şəhərinin ikinci Srebrenitsa olmamasını istədiklərini vurğulayaraq: "Türkiyə bir sıra tədbirlər gördü və şəhərdən daha çox vətəndaşın təxliyəsinə nəzarət edir" dedi.

631600
John Kerry:"Hələbdə baş verənlər mülki vətəndaşlara qarşı tətbiq olunan terrordur"

 Amerika Birləşmiş Ştatlarının dövlət katibi John Kerry Dövlət Departamentində iştirak etdiyi mətbuat brifinqində Hələbdəki son proseslər və əldə olunan atəşkəsə dair fikirlərini bildirdi.
 
 "Əsəd rejimi ilə onun müttəfiqləri Rusiya və İranın mülki vətəndaşlara qarşı  vəhşi hücumlarının heç bir hüquqi izahı yoxdur" deyən John Kerry Hələbdə mülki vətəndaşların xüsusilə, Əsəd rejimi tərəfindən şüurlu şəkildə və fərq qoyulmadan hədəfə alındığını bildirdi.
 
 Regionda minlərlə insanın ölüm şəraitinin məngənəsində sıxılıb qaldığını qeyd edən Kerry: "Bunlar müharibə qəzaları deyil, mülki vətəndaşlara qarşı tətbiq olunan terrordur. Hələbin ikinci Srebrenitsa olmamasına ümid edirik" ifadələrini işlətdi.
 
  
 Kerry uzun zamandır ABŞ rəhbərliyinin Rusiya və region ölkələri ilə "diplomatik  həll" istiqamətində danışıqlar  aparılmasına cəhd göstərdiyini bildirərək, Əsəd rejiminin hücumları dayandırmaması səbəbindən bunun mümkün olmadığını bildirdi.
 
 Mövcud atəşkəs məsələsi ilə əlaqədar isə, Türkiyənin bir sıra tədbirlər gördüyünü  qeyd edən dövlət katibi daha çox sayda vətəndaşın bölgədən çıxarılması prosesinə Ankara rəhbərliyinin liderlik ettiğinini vurğuladı.



Әlaqәli Xәbәrlәr